Beynəlxalq Bankın rəhbəri dəyişib

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Elmar Məmmədov vəzifəsindən kənarlaşdırılıb.

APA-nin bank sektorundan əldə etdiyi məlumata görə, müvafiq qərar ABB-nin Müşahidə Şurasının iclasında verilib.

Müşahidə Şurasının digər qərarı ilə Xalid Əhədov E. Məmmədovu əvəzləyib.

Xatırladaq ki, X. Əhədov dekabrın 2-dən etibarən "Azər Türk Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edib.

X. Əhədovun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, həm ABB, həm də "Azər Türk Bank" dövlət banklarıdır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri