Oğuz rayonunda "Ural" markalı yük avtomobili yanıb

Oğuz rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Oğuz rayonu, Sincan kəndində vətəndaşa məxsus "Ural" markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış ot bağlamaları yanıb.


Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Yanğın saat 21:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri