Azərbaycan Banklar Assosiasiyası dollar çatışmazlığının səbəblərindən danışdı

Azərbaycanın bank sektorunda manatın likvidliyi ilə bağlı problem yoxdur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

Xarici valyuta çatışmazlığı və bankların dollar satmaması məsələsinə toxunan Assosiasiya sədri bildirib: “Banklar əhaliyə yalnız valyuta hərracında əldə etdikləri və ixrac əməliyyatları həyata keçirən müştərilərdən aldıqları dolları sata bilir". Onun sözlərinə görə, bu səbəbdən dollar qıtlığı müşahidə olunur.

Qeyd edəki ki, 2016-cı ildə Azərbaycanda 10 bankın lisenziyası geri çağırılıb.

Hazırda ölkədə 32 bank fəaliyyət göstərir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri