Azərbaycana 24,4 milyon dollar dəyərində mobil telefon idxal olunub

Bu ilin 9 ayı ərzində Azərbaycana 256 153 mobil telefon və digər mobil rabitə vasitələri idxal olunub.

Trend-in Dövlət Statistika Komitəsindən aldığı məlumata görə idxalın ümumi məbləği 24406,7 min dollar təşkil edib.

Bu göstərici 2015-ci ilin analoji müddətində qeydə alınan göstəricidən 18 dəfə çoxdur. Ötən ilin yanvar-sentyabr aylarında ölkəyə 13 885 mobil rabitə vasitəsi idxal olunmuşdu.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri