Azad ticarət zonası "Made in Azerbaijan"ın inkişafına təkan verəcək

Azərbaycanda Azad ticarət zonasının yaradılması “Made in Azerbaijan” brendinin inkişafına və populyarlaşmasına böyük təkan verəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib

O, həmçinin bu layihənin şəhər infrastrukturunu da inkişaf etdirəcəyini deyib:

"Bizim önümüzdə Dubaydakı Cəbəl-Əli azad ticarət zonasının nümunəsi var. 30 il əvvəl orada yalnız bir bina var idi. Biz əminik ki, Ələt də zonanın işə başlaması ilə iri ticarət şəhərinə çevrilə bilər."
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri