Eldar Qasımov yeni filmin saundtrekini hazırlayır

Eldar Qasımov yeni filmin saundtrekini hazırlayır “Eurovision 2011”-in qalibi Eldar Qasımov rol aldığı “Qorxma, mən səninləyəm - 2” filminin saundtrekini hazırlayır.


Montaj işləri tamamlanan filmin yaxın günlərdə təqdimatı gözlənilir.


Qeyd edək ki, “Qorxma, mən səninləyəm - 2” filminin rejissoru Yuli Qusmandır. 2011-ci ildə çəkilişlərinə başlanılan film Pirallahı, Mərdəkan, Qax və İlisuda lentə alınıb. Eldar filmdə baş rollardan birini ifa edib.


Bununla yanaşı, Eldar payız ayında işıq üzü görəcək albomu üçün hazırlıqlara başlayıb. Albomda müğənninin Nigar Camalla ifa edəcəyi yeni dueti də yer alacaq.
Şərhlər
Hadisə bölməsinin xəbərləri