Bakıda avtomobil yanıb

Bakıda avtomobil yanıb Bakıda avtomobildə yanğın baş verib.



Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili reklam lövhəsinə çırpılaraq yanğınla nəticələnən yol-qəza hadisəsi törədib.



Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri