Mərkəzi Bank: Strateji valyuta ehtiyatları xarici dövlət borcunu 4,3 dəfə üstələyib

2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib.

APA Mərkəzi Bankın 2016-cı ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalına istinadən məlumat verir ki, bu ilin 9 ayının sonuna strateji valyuta ehtiyatları 38,5 mlrd. ABŞ dolları təşkil edərək 29 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 4,3 dəfə üstələyib.

Məlumata əsasən, strateji valyuta ehtiyatlarının həcmi cari ilin yekunu üzrə gözlənilən ÜDM-in həcmini üstələyir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri