"Topaz Investments" "Nikoil Bank"dakı payını 92%-ə çatdırıb

"Nikoil Bank" QSC-nin əsas səhmdarı "Topaz İnvestments" bankın 90 mln. manat dəyərində olan səhmlərini alıb. Bankdan APA-ya verilən məlumata görə, səhmlər cari ilin 25 oktyabr tarixində Bakı Fond Birjasında yerləşdirilib.

Bununla, "Topaz İnvestments"in "Nikoil Bank"dakı səhmləri 91,8440%-ə yüksəlib.

Buna müvafiq olaraq bankın digər səhmdarlarından olan "Nikoil" QSC-nin payı 7,58% azalaraq 7,97%, "ISR Holding" MMC-nin payı isə 0,18% azalaraq 0,19%-ə enib.


Xatırladaq ki, bankın nizamnamə kapitalının artırılmasının ikinci mərhələsi də başa çatıb. Bunun nəticəsi olaraq "Nikoil Bank" QSC-nin nizamnamə kapitalı 90 mln. manat artırılaraq 184 mln. 500 min manata yüksəlib. Qeyd edək ki, nizamnamə kapitalının artırılması qərarı 21 sentyabr 2016-cı il tarixində keçirilən səhmdarların ümumi yığıncağında qəbul olunub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri