Manatın ilin sonuna olan proqnozu

“Fövqəladə hadisə baş verməsə, ilin sonuna dollar 1,80 olacaq. Yəni, neft qalxmasa, siyasi gərginlik olmasa, ən aşağı rəsmi məzənnə 1,80 olacaq. Amma 2 manatdan da çox ola bilər”.

Live.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev “Qafqazinfo”ya müsahibəsində deyib.

“Burada daxildə əsas məsələ hökumətin nə etmək istəməsi ilə bağlıdır. Görəsən, ölkənin maliyyə kapitanları manatı ucuzlaşdırmaqda maraqlıdırlarmı? Burada monetar siyasət həyata keçirən Azərbaycan Mərkəzi Bankı (AMB) ilə fiskal siyasət yürüdən Maliyyə Nazirliyi arasında fikir ayrılığı yaranır.

AMB manatın məzənnəsinin saxlanılmasına, inflyasiyaya məsuldur. Devalvasiyalarda ən çox zərbəni Mərkəzi Bank alır. Maliyyə Nazirliyi isə fiskal qurum olaraq büdcənin icrasına məsuldur. Milli valyuta ucuzlaşanda, qiymətlər bahalaşır.

Qiymətlər bahalaşanda isə vergi daxilolmaları artır. Maliyyə Nazirliyi manatın devalvasiyasında maraqlıdır. Hökumət də buna maraqlı görünür, çünki manat real dəyərini bazarda tutmayıb”.

İqtisadçı, həmçinin əlavə edib ki, ilin sonuna kimi dollara təlabat yüksək səviyyədə olacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri