Azərbaycanda 17 yaşlı oğlan dənizdə batıb

Bakıda 17 yaşlı oğlan dənizdə boğulub.


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər, Sabunçu rayonu ərazisində dənizin nəzarət olunmayan hissəsində çimərkən batan, 1996-cı il təvəllüdlü Fəqan Tehran oğlu Şirinovun cəsədi Nazirliyin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri