Bakı Hava Limanının qəbul edə bilmədiyi bir neçə aviareys Gəncəyə yönəldilib

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi ilə əlaqədar keçiriləcək hərbi parada hazırlıq məşqlərinin keçirilməsi zamanı bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanı bir sıra aviareysləri qəbul edə bilməyib.


APA-nın verdiyi məlumata görə paytaxta gedən bir neçə reys Gəncə Beynəlxalq Hava Limanında qəbul edilib.


Limanın direktoru Bəylər Nəcəfovun APA-nın verdiyi məlumata görə Milan-Bakı, Amsterdam –Bakı və Mineralnıye vodı- Bakı aviareyslərinin təyyarələri Gəncədə qəbul edilib və bir neçə saatdan sonra paytaxta yola salınıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri