SOFAZ riskli aktivlərə investisiyaları artırır

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) riskli səhmlərə investisiyaları 15-dən 25 faizə qədər artırmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu "Nikkei Asian Review" nəşrinə SOFAZ-ın icraçı direktorunun müavini İsrafil Məmmədov deyib.

SOFAZ-ın aktivləri 33,7 milyard dollar təşkil edir, və bunun 80% istiqraz vərəqələrinin və qısamüddətli maliyyə alətlərinin payına düşür.

İ.Məmmədov həmçinin qeyd edib ki, Neft Fondu daşınmaz əmlaka investisiyanı 5,5-dən 10 faizə qədər artırmağı planlaşdırır.

SOFAZ keçən il Orix şirkətindən 52,3 milyard yenaya [496 milyon dollara] Tokioda Kirarito Qinza ticarət mərkəzini alıb.

SOFAZ həmçinin Yaponiyada daşınmaz əmlakın inkişafında iştirak edən fondlara investisiya qoyur.

2006-cı ildən SOFAZ-ın aktivləri 24 dəfə artıb, ancaq 2012-ci ildən aktivlərin artım sürətləri azalıb. Neft qiymətlərin aşağı düşməsini nəzərə alaraq, Neft Fondu öz investisiya portfelinə daha riskli aktivləri daxil etməyə məcburdur.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri