Azərbaycanın karbohidrogen ehtiyatları şərti yanacaqla 10 mlrd. ton həcmində qiymətləndirilir

Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarılabilən neft ehtiyatları 2 mlrd. ton, qaz ehtiyatları isə 2 trln. 550 mlrd. kubmetr həcmindədir.

APA xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə "Oil and Industry" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, proqnozlaşdırılan neft ehtiyatları 2 mlrd. ton, qaz ehtiyatları isə 3 trln. 450 mlrd. kubmetrdir: "Başqa sözlə, Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarılabilən karbohidrogen ehtiyatı neft ekvivalentində 4 mlrd. 550 mln. ton, proqnoz karbohidrogen ehtiyatı isə neft ekvivalentində 5 mlrd. 450 mln. tondur. Beləliklə, bizim ümumi karbohidrogen ehtiyatlarımız şərti yanacaqla 10 mlrd. ton həcmində qiymətləndirilir".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri