"PAŞA Bank" proqnozlarında dolların məzənnəsini 1,65 manatdan hesablayıb

4 aylıq nəticənin və digər fərziyyələrin əsasında hazırlanmış proqnozun nəticələrinə görə “PAŞA Bank” ASC 2016-cı ili 25-30 mln. manatlıq gəlirliliklə bağlamağı planlaşdırır.

Bankdan APA-ya verilən məlumata görə, proqnozun hazırlanması zamanı dollar üçün nəzərdə tutulan məzənnə 1,65 manat, avro üçün 1,71 manatdan hesablanıb.

Bundan başqa, proqnozun hazırlanması zamanı bank kredit portfelini 2015-ci ildəki balans səviyyəsində (737 mln. manat), yeni verilmiş kreditlər içərisində qeyri-işlək kreditlərinin həcmi 5% və ehtiyat dərəcəsi 100%, yeni verilmiş kreditlər içərisində standart kreditlərin həcmi 95% və ehtiyat dərəcəsi 1% nəzərdə tutub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri