ARDNF VTB-dən əldə etdiyi dividendlərin həcmini açıqlayıb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) səhmdarı olduğu VTB-dən əldə etdiyi dividendlərin həcmini açıqlayıb.

APA xəbər verir ki, ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Fond indiyədək VTB-dən 25 mln. dollar dividend əldə edib.

O əlavə edib ki, ARDNF VTB-dəki payını qoruyub saxlamaq niyyətindədir.

Xatırladaq ki, ARDNF VTB-də 2,95%-lik səhm paketinə malikdir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri