Palata: Bağlanan bəzi banklar BOKT-a çevrilməyə maraq göstərir

Lisenziyası ləğv edilmiş "Parabank" bank olmayan kredit təşkilatına (BOKT) çevrilməklə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib.

APA-nin sorğusuna cavab olaraq MBNP-dən bildirilib ki, bankın BOKT-a çevrilməsi üçün bir sıra hüquqi prosedurlar həyata keçirilməlidir.

"Bunlar arasında ən əsası bank əmanətlər üzrə bütün öhdəliklərini həyata keçirməlidir. Hazırda "Parabank"da qorunan əmanətlərin ödənişi bitib və qorunmayan əmanətlərin ödənişinə başlanılıb. Düşünürük ki, bu proses 1 ay ərzində bitəcək və o zaman biz bu müraciətə müsbət baxacağıq", - deyə məlumatda vurğulanıb.

Palatadan o da bildirilib ki, lisenziyası ləğv edilmiş digər banklardan da BOKT-a çevrilməyə maraq göstərənlər olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri