Norveçin suveren fondu III rübdə $30 mlrd. dollar gəlir əldə edib

Aktivlərinin həcmi $882 mlrd. olan Norveç suveren fondu III rübü gəlirlə başa vurub. “APA” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə fondun yaydığı məlumatda deyilir.


Qeyd edilən dövrdə fond 240 mlrd. Norveç kronu və ya $29,7 mlrd. dollar həcmində gəlirlər əldə edib. Fond bundan 0,2% az gəlir gözləyirdi.


"Rüb ərzində səhmdar kapitalına ciddi investisiyalar yatırılıb ki, bu da fondun fəaliyyətinə müsbət təsir edən amillərdən biridir”, - deyə fondun icraçı direktorunun müavini Trond Qrande bildirib.


Üçüncü rübdə fonddan dövlət büdcəsinə 30 mlrd. kron transfert olunub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri