Səhmdar "Beynəlxalq Sığorta Şirkəti"nin bağlanmasının səbəblərini açıqlayıb

"Beynəlxalq Sığorta Şirkəti" ASC-nin fəaliyyətinə xitam verilməsində əsas səbəb şirkətin yeganə səhmdarı olan "Azərbaycan Beynəlxalq Bank" ASC-də aparılan optimallaşdırma siyasətidir.

APA xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev bildirib.

"Biz biznesimizi optimallaşdırmağa çalışırıq. "Beynəlxalq Sığorta Şirkəti"nin maliyyə göstəriciləri bizi qane etmədiyi üçün biz bu cür qərar qəbul etdik", - deyə bankir qeyd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri