Masallıda tövlə yanıb

Masallının Kalinovka kəndində ötən axşam tövlədə baş vermiş yanğın nəticəsində 7 ton ot bağlaması yanıb.


APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Kalinovka kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan tövlənin yanar konstruksiyaları 64 kv.m sahədə və içərisinə yığılmış 10 ton ot bağlamasının 7 tonu yanıb.


Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Şərhlər
Hadisə bölməsinin xəbərləri