"Bank Standard"ın qorunan əmanətləri üzrə əhaliyə 460 mln. manat kompensasiya veriləcək

"Bank Standard" Kommersiya Bankında 260 mindən çox fiziki şəxsin hesabı olub.

APA xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, müştərilərin bankda 520 mln. manatlıq əmanəti olub: “Bu əmanətlərin 460 milyon manatı qorunan əmanətlərdir. Qorunan əmanətlər heç bir təhlükə altında deyil", - deyə R. Aslanlı qeyd edib.

Direktorlar Şurasının sədri bildirib ki, bankda yerləşdirilən əmanətlərin böyük hissəsi xarici valyutada olub: "Bu əmanətlərin 38 milyonu manatda, 260 milyonu isə digər xarici valyutalardadır".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri