Xudatda 45 yaşlı kişi güllələnib

Trend Regional TV-yə istinadən məlumat verir ki, Xaçmaz rayonunun Xudat şəhərində güllələnmə faktı qeydə alınıb.

1968-ci il təvəllüdlü Xudat şəhər sakini Məmmədrəhimov Məmmədrəhim Əli oğlu güllələnib.

Xəsarət alan şəxs dünyasını dəyişib. Dünyasını dəyişən şəxsin meyiti

Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Hadisənin baş vermə səbəbləri və qətli törədən şəxs saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri