Azərbaycanda baş vermiş dəhşətli yol qəzasında 6 nəfər yanaraq ölüb

Azərbaycanda baş vermiş dəhşətli yol qəzasında 6 nəfər yanaraq ölüb Bakı-Qazax yolunun 420-ci kilometrliyində 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşib.


Tovuz rayon polis şöbəsindən APA-ya verilən məlumata görə "VAZ 2106" maşınında olan 2000-ci il təvəllüdlü Xəyyam Xalid oğlu Abbasov, "Ford Tranzit" markalı avtomobildə olan 1972-ci il təvəllüdlü İssak Kavi oğlu Əliyev, "Hyundai" avtomobilində olan 1988-ci il təvəllüdlü Tural Knyaz oğlu Ramazanov və "Mercedes" markalı avtomobildə olan 1983-cü il təvəllüdlü Ceyhun Mahmud oğlu Əsədov aldığı xəsarətlərdən hədisə yerindəcə dünyasını dəyişib.


Bundan əvvəl qəza nəticəsində «VAZ 2106» avtomobilində olan 1991-ci il təvəllüdlü Tovuz rayon sakini Elmar Fazil oğlu Məmmədov və dayısı oğlu 1985-ci il təvəllüdlü Abbasov Turab Namiq oğlunun öldüyü barədə xəbər verilmişdir, 4 nəfərin isə şəxsiyyəti müəyyən olunmamışdır.


Xəbər verildiyi kimi, Azərbaycanda 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib. Tovuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi Bakı-Qazax yolunun 420-ci kilometrliyində, Tovuz rayonunun Qovlar kəndi ərazisində qeydə alınıb. Məlumata görə, qəza zamanı «47 BA 087» dövlət qeydiyyat nişanlı «VAZ 2106» markalı avtomobil, «90 BV 153» dövlət qeydiyyat nişanlı «Ford» markalı yük avtomobili, «Hyundai» markalı minik avtomobili və "57 BM 460" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil toqquşaraq yanıb. Qəza nəticəsində 6 nəfər hadisə yerində ölüb.


Qeyd edək ki, avtomobillər yandığı üçün ölən şəxslərin bəzilərinin şəxsiyyəti çətinliklə müəyyən olunub


__________


Avtomobillər yandığı üçün ölən şəxslərin bəzilərinin şəxsiyyətini müəyyən etmək hələlik mümkün olmayıb


Tovuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Bakı-Qazax yolunun 420-ci kilometrliyində, Tovuz rayonunun Qovlar kəndi ərazisində 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasında dörd avtomobil toqquşub. Məlumata görə, qəza zamanı «47 BA 087» dövlət qeydiyyat nişanlı «VAZ 2106» markalı avtomobil, «90 BV 153» dövlət qeydiyyat nişanlı «Ford Transit» markalı yük avtomobili, «Hyundai» markalı minik avtomobili və "57 BM 460" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil toqquşaraq yanıb.



______


22:22


Azərbaycanda 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib. Tovuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi Bakı-Qazax yolunun 420-ci kilometrliyində, Tovuz rayonunun Qovlar kəndi ərazisində qeydə alınıb. Məlumata görə, qəza zamanı «47 BA 087» dövlət qeydiyyat nişanlı «VAZ 2106» markalı avtomobil, «90 BV 153» dövlət qeydiyyat nişanlı «Ford» markalı yük avtomobili, «Hyundai» markalı minik avtomobili ilə toqquşaraq yanıb.


Qəza nəticəsində «VAZ 2106» avtomobilində olan 1991-ci il təvəllüdlü Tovuz rayon sakini Elmar Fazil oğlu Məmmədov və dayısı oğlu 1985-ci il təvəllüdlü Abbasov Turab Namiq oğlu, şəxsiyyəti məlum olmayan daha bir nəfər ölüb. Həmçinin "Hyundai" avtomobilində 2 nəfər, "Ford" markalı yük avtomobilində isə şəxsiyyəti hələlik müəyyən olmayan azyaşlı uşaq vəfat edib.


Polisdən həmçinin bildirilib ki, hər üç avtomobil yandığı üçün ölən şəxslərin bəzilərinin şəxsiyyətini müəyyən etmək hələlik mümkün olmayıb.


Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri