“Günəşli” yatağında qaz fontanının qarşısının alınmasına 9 gəmi cəlb olunub

“Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürünün meydana çıxması ilə əlaqədar təhlükənin qarşısının alınması üçün bütün texniki tədbirlə görülüb. Prosesin özüldəki başqa quyulara təsir etməməsi üçün digər quyuların hamısı bağlanıb.

Bu barədə APA-ya SOCAR-dan bildirilib.

Məlumatda qeyd olunur ki, mütəxəssislər və hadisənin lokallaşdırılması üçün lazım olan şəxslər orada saxlanılıb, qalan işçilər isə təxliyə olunub.

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və FHN-in gəmiləri hadisə yerinə cəlb olunub.

Hazırda hadisənin qarşısının alınması üçün ərazidə 9 gəmi iş aparır.

Qaz təzahürünün qarşısı hələlik alınmayıb, tədbirlər davam etdirilir.

Ehtiyac olarsa, əlavə gəmilər də göndəriləcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri