Sumqayıtda keçmiş məhkumdan silah və narkotik maddə götürüldü

Sabirabad rayon sakinindən silah və marixuana götürülüb.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumtına istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Rahim Fərziyevdən 1 ədəd nömrəsi silinmiş "Makarov" markalı tapança, 8 ədəd patron, 1 ədəd bıçaq və 436,57 qram marixuana götürülüb.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri