Palata: "Kapital Bank" və "Muğanbank"ın öhdəlikləri ilə əlaqədar problem yoxdur

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) mütəmadi olaraq (rüblük əsasda) bank sektorunda stress-testlər keçirir. Biz tənzimləyici və nəzarət tədbirləri həyata keçiririk və bununla bağlı ictimaiyyəti daim məlumatlandırırıq.

Bu barədə APA-nin sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasından (MNBP) bildirilib.

"Muğanbank" ASC-nin problem kreditlərinin "Kapital Bank" ASC-yə ötürülməsinə gəlincə, Palatanın cavabında deyilir: "Bir bankın portfelinin digər banka köçürməsi ilə bağlı sualınıza cavab olaraq bildirmək istəyirik ki, Palata olaraq biz ayrı-ayrı bankların əməliyyatlarını şərh etmirik. Bununla bağlı məlumatı/şərhi "Kapital Bank" və ya "Muganbank"dan ala bilərsiniz. Hər iki bank digər banklarla birlikdə Palatanın diqqətli nəzarəti altındadır. Onların müştəriləri qarşısındakı öhdəlikləri ilə əlaqədar problemlər mövcud deyil. Müvəqqəti inzibatçılıq daxil olmaqla digər nəzarət alətləri Palatanın arsenalındadır və lazım olduqda tətbiq oluna bilər. Lakin hazırda hər hansı bir bankda müvəqqəti inzibatçılığın tətbiq olunması məsələsi gündəlikdə deyil".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri