"SOCAR Trading": Neft bahalaşan kimi, ABŞ şirkətləri hasilatı artırır

Dünyanın ən iri treyderləri neftin qiymətində ciddi artım gözləmir.

APA xəbər verir ki, Sinqapurda keçirilən Asiya-Sakit Okean neft konfransında çıxış edən "SOCAR Trading SA" şirkətinin rəhbəri Arzu Əzimov bildirib ki, neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlər 2014-cü ildən (neft ucuzlaşmağa başlayandan) etibarən milyardlarla dollar həcmində investisiyalardan imtina edib.

"Problem ondadır ki, qiymətlər artmağa başlayan kimi, ABŞ şirkətləri hasilatı artırmağa başlayır. Buna görə, qiymət diapazonu 40-50 dollar, maksimum 55 dollar ətrafında dəyişir", - deyə A. Əzimov qeyd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri