"Petkim"in bazar dəyəri açıqlanıb

Hazırda "Petkim Petrokimya Holdinq A. Ş."-nin bazar dəyəri 2,2 mlrd. dollar təşkil edir.

APA xəbər verir ki, bunu "Petkim Petrokimya Holdinq A. Ş."-nin baş icraçı direktoru Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, "Petkim" SOCAR üçün ən uğurlu layihə olmaq potensialına malikdir: "Əminəm ki, 2020-ci ildə biz buna nail olacağıq. Bunu zaman göstərəcək. Ancaq mən artıq indidən "Petkim"in çox parlaq gələcəyini görürəm".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri