"Bank Standard"ın sabiq rəhbəri Beynəlxalq Bankın baş direktoru olub

Azərbaycan Beynəlxalq Bankının (ABB) rəhbərliyində dəyişiklik baş verib.

APA xəbər verir ki, Abbas Nəsibov bankın baş direktoru təyin olunub. Qeyd edək ki, A. Nəsibov bundan öncə "Bank Standard" QSC-nin İdarə Heyətinin sədri olub.

Qeyd edək ki, A. Nəsibov Elmir Həbibullayevi əvəzləyib. Sonuncu bundan əvvəl İdarə Heyətinin sədr müavini təyin olunub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri