Rövnəq Abdullayev: "Xaricdən ucuz maliyyə vəsaitinin cəlb olunması üçün danışıqlar davam edir"

"TANAP layihəsi qrafikə uyğun həyata keçirilir, hətta layihənin bəzi hissələrində qrafiki qabaqlayırıq".

APA xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

"Dünən mənə verilən məlumata görə, artıq 850 km boru qaynaqlanıb. İşlər plana uyğun həyata keçirilir", - deyə R. Abdullayev qeyd edib.

Onun sözlərinə görə, layihənin maliyyələşdirilməsində də heç bir problem yoxdur. "Bununla yanaşı, hökumət layihənin maliyyələşdirilməsi üçün xaricdən ucuz və uzun maliyyə vəsaitinin cəlb olunması üçün danışıqlarını davam etdirir. Danışıqlar hələ bir müddət davam edəcək", - deyə o bildirib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri