BNA: "Avto FM"-in adı dəyişir, radio gələn həftədən fəaliyyətini tam bərpa edəcək

"Avto FM"-in yayım hüququ bütövlüklə Bakı Nəqliyyat Agentliyinin (BNA) tərkibində fəaliyyət göstərən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) məxsusdur. "Avto FM" MMC ilə müqaviləyə əsasən yayıma adıçəkilən şirkət çıxırdı. Sentyabr ayının 1-dən bu müqaviləyə xitam verilib. Bu gündən yayım hüququ tamamilə NİİM-ə keçib".

Bunu APA-ya açıqlamasında BNA-nın İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, tezlik BNA-ya keçib və radionun adı dəyişəcək: "Ola bilsin ki, yeni mövsümdən proqramların adı və formatı dəyişsin. Ümumiyyətlə, radionun fəaliyyətində ciddi dəyişiklik yoxdur. Bir neçə gün ərzində radioda non-stop rejimdə musiqilər yayımlanacaq, lakin gələn həftədən radio fəaliyyətini tam bərpa edəcək"

Qurum rəsmisi əlavə edib ki, radioda çalışan heç bir əməkdaş işdən çıxarılmayıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri