İyul ayı üzrə manatın orta məzənnəsi açıqlanıb

İyul ayı üzrə manatın orta məzənnəsi açıqlanıb.

Dövlət Statistika Komitəsindən APA-nin məlumata görə, iyul ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,56 manata, 1 avroya nisbətdə məzənnəsi 1,7276 manata, 100 Rusiya rubluna nisbətdə isə 2,43 manata bərabər olub.

Qeyd edək ki, ilin əvvəlindən milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,55 manat, 1 avroya nisbətdə 1,7286, 100 Rusiya rubluna nisbətdə 2,24 manat təşkil edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri