AZAL rəsmisi: "Türkiyədə istirahət edən azərbaycanlıların sayında çox böyük artım var"

“Türkiyədə istirahət edən azərbaycanlıların sayında çox böyük artım var”.

APA-nın məlumatına görə, bunu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacıyev deyib.

AZAL rəsmisi qeyd edib ki, ən çox uçuşlar Antalya istiqamətində qeyd alınıb: “Keçən ilin iyul ayı ilə bu ilin eyni ayını müqayisə etsək, Bakıdan Antalyaya istirahətə gedən insanların sayı iki dəfədən çox artıb. Bu, çox böyük rəqəmdir. Bodrum-İzmir istiqamətində də artımlar müşahidə olunur, amma rekord say artımı Antalya istiqamətindədir. Bu, bir daha ona dəlalət edir ki, azərbaycanlılar doğma Türkiyə sahillərində istirahət etməyə önəm verirlər. İyul-avqust aylarında Bakı-Antalya istiqamətində hər gün dörd reys yerinə yetirilib və bu davam edir. Biz Azərbaycan Hava Yolları olaraq Türk Hava Yolları ilə əməkdaşlığımızı daha da genişləndirəcəyik”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri