Bu ilin 6 ayında 29,8 min nikah və 6,3 min boşanma halları qeydə alınıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 29,8 min nikah və 6,3 min boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,3 olub.

Bu ilin yanvar-iyun ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1875 nəfər gələn və 818 nəfər ölkədən gedən qeydə alınmış, miqrasiya saldosu müsbət 1057 nəfər təşkil edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri