SOCAR: 4 minə yaxın neftçi mənzil növbəsindədir

SOCAR üzrə hazırda 442 nəfər respublikanın müxtəlif rayonlarında, 3 456 nəfər isə Bakı şəhərində olmaqla 3 898 nəfər işçi mənzil uçotundadır.

APA şirkətin açıqladığı hesabata istinadən xəbər verir ki, 2015-ci il ərzində SOCAR tərəfindən 224 neftçi ailəsi mənzillə təmin olunub. Hazırda Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində 96 mənzilli və Bibiheybət ərazisində 600-dən çox neftçi ailəsi üçün nəzərdə tutulmuş yeni yaşayış kompleksinin tikintisi üzrə hazırlıq işləri aparılır.

Eyni zamanda mənzil uçotunda olanlara fərdi mənzil tikintisi üçün Xəzər rayonunun Buzovna qəsəbəsində 22,0 ha torpaq sahəsi ayrılıb ki, hazırda bununla bağlı işlər yekunlaşdırılır və yaxın vaxtlarda bölgüsü aparılacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri