"Brent" neftinin qiyməti 48 dollara yaxınlaşır

Dünya bazarında neft ucuzlaşıb.

APA xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,41 dollar azalaraq 46,39 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,49 dollar ucuzlaşaraq 47,98 dollar olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri