Brent nefti 46 dollara satılır

Dünya bazarında neft bahalaşıb.

APA xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,09 dollar artaraq 44,85 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,13 dollar artaraq 46,38 dollar olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri