Bodrumda azərbaycanlı investorlar üçün yaşayış kompleksi tikilir

Türkiyənin "Çağdaş Holdinq" şirkətlər qrupu Bodrumda iki otel və yaşayış kompleksi tikir.

APA xəbər verir ki, otelin tikintisi 2018-ci ildə, yaşayış kompleksinin tikintisi isə 2017-ci ildə başa çatacaq.

Otelin dəyəri 100 mln. avro təşkil edir.

Yaşayış kompleksinə gəlincə, holdinqdən bildirilir ki, yaşayış kompleksindəki mənzillər əsasən ərəb, rus və azərbaycanlı investorlar üçün nəzərdə tutulub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri