Mərkəzi Bank növbəti depozit hərracında 50 mln. manat cəlb etmək niyyətindədir

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə ikinci dəfə depozit hərracı keçirəcək.

APA xəbər verir ki, bu gün keçiriləcək dolayı depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 1 ay təşkil edir.

"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 4,01%-6,99% təşkil edir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri