Daniel Rikkardo və Maks Ferstappen Formula 1-də iştirak üçün artıq Bakıdadırlar

Daniel Rikkardo və Maks Ferstappen Formula 1-də iştirak üçün artıq Bakıdadırlar Red Bull Racing komandasının ulduzları Daniel Rikkardo və Maks Ferstappen Formula 1 Avropa Qran Prisində iştirak üçün Azərbaycanın paytaxtına gəliblər. Həyəcanlı Kanada Qran Prisindən sonra, harada ki, Red Bull Racing komandasının sürücüləri finiş xəttini dördüncü və yeddinci yerlərdə keçiblər (Ferstappen və Rikkardo müvafiq olaraq), bütün güclər indi Bakı Şəhər Halqasının fəthinə yönəldilib.


Bu barədə Life.az saytına Red Bull-un Azərbaycan nümayəndəliyi verib.


Çalışqan komanda ilə, güclü sürücülərlə fərasətlənən və Kristian Horner tərəfindən idarə edilən Red Bull Racing komandası 2005-ci ildəki debütundan sonra dörd Formula 1 Dünya Çempionatında qalib gəlib. Komandanın nailiyyətləri: 51 Qələbə, 58 Poul, 122 podium, 48 Ən sürətli dövrə, bu illər ərzində 4 Dünya çempionatı və uğurlar hələ də davam etməkdədir.


Azərbaycan jurnalistləri ilə görüşdə, Daniel Rikkardo dedi: "Bakıya dünən gəlmişik. Birinci təəssürat - şəhərin bu qədər böyük olacağını gözləmirdim. Bu gün həm halqa ilə həm də şəhərlə daha yaxın tanış olacağıq. Bildiyimə görə yarış zamanı hava yaxşı olacaq və bu o deməkdir ki, bizi heyrətləndirici həftəsonu gözləyir."


Formula 1 tarixində ən gənc sürücü Maks Ferstappen dedi: "Bakı Şəhər Halqası Formula 1 dünyasında yeni bir trassdır və biz onu tək simulyatorda nəzərdən keçirmişik. Bolidlə trassı sınaqdan keçirib, treklə yaxından tanış olmaq üçün səbirsizliklə yarışı gözləyirik.”


Bakı Şəhər Halqası, Bakıda ilk Formula 1 yarışının bütün bilet sahiblərinə əyləncə dolu dörd gün bəxş edir. Bakı bulvarı boyunca əyləncə zonaları, avtoqraf sessiyaları və Pit Leyn gəzintiləri, Chris Brown, Enrique Iglesias, Pharrell Williams tərəfindən musiqi çıxışlar və bir çox digər fəaliyyətlər daxildir.



Daniel Rikkardo və Maks Ferstappen Formula 1-də iştirak üçün artıq Bakıdadırlar
Daniel Rikkardo və Maks Ferstappen Formula 1-də iştirak üçün artıq Bakıdadırlar
Daniel Rikkardo və Maks Ferstappen Formula 1-də iştirak üçün artıq Bakıdadırlar
Daniel Rikkardo və Maks Ferstappen Formula 1-də iştirak üçün artıq Bakıdadırlar
Daniel Rikkardo və Maks Ferstappen Formula 1-də iştirak üçün artıq Bakıdadırlar
Daniel Rikkardo və Maks Ferstappen Formula 1-də iştirak üçün artıq Bakıdadırlar
Daniel Rikkardo və Maks Ferstappen Formula 1-də iştirak üçün artıq Bakıdadırlar
Daniel Rikkardo və Maks Ferstappen Formula 1-də iştirak üçün artıq Bakıdadırlar
Şərhlər
İdman bölməsinin xəbərləri