Manat dollar və avroya qarşı zəifləyib

Manat dollar və avroya qarşı zəifləyib Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.


Live.az xəbər verir ki, AMB-dən APA-ya verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dollar manata qarşı 0,2% bahalaşaraq 1,5150 manat təşkil edib.


Avro da manata qarşı bahalaşıb. Avrozonanın vahid valyutası manata nisbətən 0,07% bahalaşaraq 1,7082 manata çatıb.


Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 0,87% möhkəmlənərək 0,0232 manat olub.


Türkiyə lirəsi də manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,17% güclənərək 0,5182 manata çatıb.


Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1479 manatdır. Beləliklə, ötən günlə müqayisədə funt sterlinq manata qarşı 0,16%-lik bahalaşma nümayiş etdirib.


Gürcüstan larisi isə 0,16% bahalaşaraq 0,7086 manata çatıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri