"Forbes" dünyanın ən çox qazanan idmançılarının adını açıqlayıb

Dünyanın ən çox qazanc əldə edən idmançılarının siyahısı açıqlanıb.

APA-nın məlumatına görə, "Forbes" jurnalının tərtib elədiyi siyahının ilk pilləsində Madridin “Real” klubunun və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu qərarlaşıb. K.Ronaldu "Forbes"-un siyahısına başçılıq edən ilk futbolçudur.

O, ötən 1 il ərzində 88 milyon dollar qazanıb. K.Ronaldu gəlirlərinin 56 milyonunu klubu ilə müqavilədən, 32-i isə sponsorlardan qazanıb.

Ən çox qazanan idmançılar arasında ikinci yeri “Barselona” klubunun və Argentina millisinin futbolçusu Lionel Messi tutur. Onun 1 ildəki gəliri 81,4 milyon dollar olub. Üçlüyü amerikalı basketbolçu Lebron Ceyms tamamlayıb - 77,2 milyon.



Dünyanın ən çox qazanan 10 idmançısı:

1. Kriştianu Ronaldu (futbol) - $ 88 mln
2. Lionel Messi (futbol) - $ 81,4 mln
3. Lebron Ceyms (basketbol) - $ 77,2 mln
4. Rocer Federer (tennis) - $ 67,8 mln
5. Kevin Dürant (basketbol) - $ 56,2 mln
6. Novak Cokoviç (tennis) - $ 55,8 mln
7. Kem Nyuton (Amerika futbolu) - $ 53,1 mln
8. Fil Mikelson (qolf) - $ 52,9 mln
9. Cordan Spayet (qolf) - $ 52,8 mln
10. Kobi Brayant (basketbol) - $ 50 mln
Şərhlər
İdman bölməsinin xəbərləri