Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Liqasında qrupda liderliyə yüksəlib

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Liqasında qrupda liderliyə yüksəlibÖtən gün qadın voleybolçulardan ibarət yığmamız Avropa Liqasında növbəti oyununu keçirib.


Live.az-ın məlumatına görə, B qrupunda yer alan Azərbaycan millisi meydan sahibləri ilə üz-üzə gəlib.


Komandamız rəqibi Monteneqroya da şans verməyib. Millimiz 3:0 hesablı qələbə qazanaraq qrupda liderliyə yüksəlib.


Qeyd edək ki, Faiq Qarayevin yetirmələri dünən Fransa ilə keçirilən ilk görüşdə də 3:0 hesablı qələbə qazanmışdı.


B qrupu
4 iyun

Azərbaycan – Monteneqro - 3:0 (25:21, 25:23, 25:22)

1. Azərbaycan 2 oyun, 6 xal
2. Monteneqro 2, 3x
3. İspaniya 2, 2x
4. Fransa 2, 1x
Şərhlər
İdman bölməsinin xəbərləri