AVRO-2016 ərəfəsində bir neçə yoxlama oyunu keçirilib

AVRO-2016 ərəfəsində bir neçə yoxlama oyunu keçirilib Dünyanın yaşıl meydanlarında milli komandalar arasında bir neçə yoxlama oyunu keçirilib.

FİFA üzvlüyünə qəbul edildikdən sonra ilk rəsmi oyununa çıxan Kosova millisi Farer adalarını 2:0 hesabıyla məğlub edib.

Berqamoda keçirilən Albaniya - Ukrayna oyununda ukraynalılar 3:1 hesabıyla qalib gəlib.

Gürcüstan millisi isə Rumıniya ilə oyunda darmadağın olub - 1:5.

İsveçrə millisi evdə Moldovanı 2:1 hesabıyla məğlub edib.

Maraqlıdır ki, baş tutan matçlarda Azərbaycan çempionatında çıxış edən 3 futbolçu meydana çıxıb ki, onlardan hər üçü məğlubiyyətə üzlüb. Gürcüstanda “İnter”li Nika Kvekveskiri, Moldovada AZAL-lı Stanislav Namaşko və Albaniyanın heyətində “Qarabağ”lı Ansi Aqolli komandalarına kömək edə bilməyiblər.

Yoxlama oyunları
3 iyun

İsveçrə - Moldova - 2:1
Qollar: Cemaili, 12, Mehmedi, 75 - Qinsari, 69.

Kosova - Farer adaları - 2:0
Qollar: Bunyaku, 44. Berişa, 90+4

Rumıniya - Gürcüstan - 5:1
Qollar: Adrian Popa, 2, Amisulaşvili, 3 (öz qapısına), Stanku, 49. Torxe, 80; 87 - Motj, 68.

Albaniya - Ukrayna - 1:3
Qollar: Sadiku, 13 - Stepanenko, 9. Yarmolenko, 49. Konoplyanka, 87



APA
Şərhlər
İdman bölməsinin xəbərləri