Bu gün Milanda Çempionlar Liqasının finalı baş tutacaq

Bu gün Milanda Çempionlar Liqasının finalı baş tutacaq Bu gün UEFA Çempionlar Liqasının final matçı keçiriləcək.


Milanda keçiriləcək həlledici qarşılaşmada İspaniyanın 2 klubu – “Real” və “Atletiko” üz-üzə gələcək. “San Siro”da baş tutacaq Madrid derbisində kimin qalib ayrılacağı maraqla gözlənilir.


Nisbətən Çempionlar Liqası təcrübəsi daha çox olan “Real” həlledici qarşılaşmanın favoriti hesab olunur.


“Kral klubu” bu vaxta qədər 10 dəfə bu turnirin qalibi olub ki, bu da rekord göstəricidir.



Çempionlar Liqası

Final

28 may

22:45. “Real” (Madrid, İspaniya) – “Atletiko” (İspaniya)

Baş hakim: Mark Klattenburq
Milan. “San Siro” stadionu
Şərhlər
İdman bölməsinin xəbərləri