Azərbaycan təmsilçisi Səmra Rəhimli "Eurovision"da ilk çıxışını edəcək

Bu gün İsveçdə 61-ci "Eurovision" Mahnı Müsabiqəsinin 18 yarımfinalçısı finala vəsiqə qazanmaq üçün yarışacaq.

Azərbaycan təmsilçisi Səmra Rəhimli səhnəyə 14-cü sırada çıxacaq.

İştirakçı ölkələrlə yanaşı, birbaşa finala vəsiqə qazanan “Böyük beşlik” üzvlərindən - Fransa, İspaniya və İsveç bu yarımfinalda səs verəcək. Ötən illərdən fərqli olaraq, həmin ölkələrin təmsilçiləri ilk dəfə yarımfinal şousunda çıxış edəcəklər. Yeni qaydalara əsasən, həm münsiflər heyəti, həm də tamaşaçılar bəyəndikləri ifaçını ayrıca şəkildə 12 ballıq sistem üzrə qiymətləndirəcəklər.

“Globe Arena” səhnəsində yarışan 18 ölkə təmsilçisindən yalnız 10-u mübarizəni finalda davam etdirmək imkanı qazanacaq.

Qeyd edək ki, Azərbaycan tamaşaçısı ölkə təmsilçimiz istisna olmaqla, bəyəndiyi ifaçıya səs göndərə bilər. “Bir araya gələk!” şüarı ilə keçirilən müsabiqənin ikinci yarımfinalı mayın 12-si, finalı isə 14-də olacaq.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri