Ədalət Şükürov türk müğəninin toyuna dəvət alıb

Ədalət Şükürov türk müğəninin toyuna dəvət alıbMərasimdə 500 nəfər qonaq iştirak edəcək.


Məlumat verdiyimiz kimi, məşhur türkiyəli müğənni Sinan Özenin mayın 22-də toyu baş tutacaq.



Live.az-ın Oxu.Az-a istinadən verdiyi xəbərə görə, ifaçı iki ildir birlikdə olduğu əczaçı Burcu Kartalla Ataşehir Şeratonda nikah masasına əyləşəcək.



Keçən il iyun ayında nişanlanan cütlüyün toyunda sənət, siyasət, idman və biznes sahəsindən 500 nəfər qonaq iştirak edəcək.



Sinan Özenin nikah şahidliyini Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək.



Toya dəvət olunan mötəbər qonaqlar arasında Azərbaycan Respublikasının Əməkdar Artisti və Dağıstan Respublikasının Xalq Artisti Ədalət Şükürov da var.



Eksklüziv xəbəri müğənni özü bildirib.



“Sinan Özenlə yaxşı dost münasibətimiz var. Onunla dəfələrlə həm Azərbaycanda, həm də Türkiyədə görüşmüşük. Toya qonaq qismində dəvət olunmuşam”, - deyə ifaçı açıqlama verib.



Xatırladaq ki, Ədalət Şükürov cari ilin fevral ayında türkiyəli həmkarı və dostu Sinan Özenin xahişi ilə “Kemancı” adlı qədim türk mahnısını ifa etmişdi.







Ədalət Şükürov türk müğəninin toyuna dəvət alıb
Ədalət Şükürov türk müğəninin toyuna dəvət alıb
Ədalət Şükürov türk müğəninin toyuna dəvət alıb
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri