Xoşqədəm və Doğuşun əkiz övladları dünyaya gəldi

Xoşqədəm və Doğuşun əkiz övladları dünyaya gəldiANS TV ekranlarında "Deməsək olmaz" verilişi ilə tamaşaçı görüşünə gələn tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı ikinci dəfə ana olub. ANS-in məlumatına görə, Hidayətqızının əkiz övladları dünyaya gəlib.

Aparıcı bir müddət əvvəl ana olmaq istəyini dilə gətirmişdi: "Doğuş hər zaman deyir ki, uşağının olmasından qorxub. Narahat olub ki, onun yaşadığı əzabı yaşayar, uşaq evində böyüyər, kimsəsiz qalar. Amma mənimlə evlənəndən sonra istəyir ki, övladımız olsun. Deyir ki, bilirəm ki, mən olmasam da Xoşqədəm uşağa sahib çıxacaq, əsl ana olacaq".

Müğənni Doğuşun və Xoşqədəm Hidayətqızının əkizlərinin dünyaya gəlməsi haqda ilk olaraq türk müğənni Demet Akalın məlumat verib. Müğənni öz həmkarı Doğuşu ata olması münasibəti ilə

Bu il mart ayında "Deməsək, olmaz" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı analıq məzuniyyətinə çıxdığını elan edib. Bu barədə o, apardığı verilişdə deyib. Xoşqədəm Hidayətqızı öz kürsüsünü İradə İsaqa təhvil verərək tamaşaçıları ilə müvəqqəti vidalaşıb: "Allahın mənə bəxş etdiyi çox böyük bir hiss yaşayıram. Yaxın vaxtlarda ana olacağam. Ona görə analıq məzuniyyətinə gedirəm. Amma yeni layihələrlə geri dönəcəm. Bu məsələ ilə bağlı müzakirələr apararkən çox narahat idim ki, mənim yerimə bu verilişi kim aparacaq. Amma bu gün böyük məmnuniyyətlə yerimi İradə İsaqa verirəm", - deyə Xoşqədəm Hidayətqızı qeyd etmişdi.

Tanınmış jurnalist Xoşqədəm Hidayət qızı Baxşəliyeva Ağdərə rayonunun Narışlar kəndində anadan olub. 1991-ci ildə Naxçıvan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinə daxil olub. 1993-cü ildən ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində davam etdirib. 1995-ci ildə bu universitetdə təhsilini başa vurub. Sonradan Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ikinci təhsil alıb. Jurnalistika fəaliyyətinə tələbəlik illərindən başlayıb.

Xoşqədəm Hidayətqızı 2014-cü ilin oktyabr ayında Türkiyədə, dekabr ayında Bakıda Türkiyənin məşhur müğənnisi Doğuşla ailə həyatı qurub. Bu Xoşqədəm Hidayətqızının 2-ci evliliyidi. Onun ilk evliliyindən Zaur adlı oğlu var.


Xoşqədəm və Doğuşun əkiz övladları dünyaya gəldi
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri