Gəncə şəhərində yeni kinoteatr açılıb

Gəncə şəhərində yeni kinoteatr açılıb Azərbaycanın ikinci böyük şəhəri Gəncədə müasir, ən yüksək keyfiyyətlə inşa edilmiş kinoteatr öz qapılarını yerli sakinlərin üzünə açıb. “Xəmsə Park” adlı məkanda yeni istifadəyə verilən “CinemaPlus Xəmsə” kinoteatrının açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “Cinema Plus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə, Millət Vəkilləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Zaur Darabzadə qonaqları salamlayaraq bildirib ki, “CinemaPlus Xəmsə” ən yeni “Barco” nəslindən olan proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təhciz olunub. Məhz bu texnologiyanın istifadəsi nəticəsində yüksək keyfiyyətli görüntü almaq mümkün olub ki, bu da tamaşaçıların zövqünü oxşayaraq tez bir zamanda “CinemaPlus Xəmsə” kinoteatrını sakinləri sevdiyi məkana çevirəcək.

Elmar Vəliyev çıxış edərək qeyd edib ki, 2016-cı il Avropa Gənlər Paytaxtı olan Gəncədə məhz belə müasir avadanlıqlarla təchiz olunmuş kinoteatrın açılması sevindirici haldır. İcra Başçısı xüsusi vurğulayıb ki, kinoteatr insanların istirahət imkanlarını artıraraq əhalinin asudə vaxtlarının daha səmərəli keçirilməsinə köməklik göstərəcəkdir.

Rəsmi hissədən sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli, həmçinin Arzu Əliyevanın layihə rəhbəri və baş prodüseri olduğu “Əbədi ezamiyyət” filmləri izlənilib.

Bildirək ki, “CinemaPlus Xəmsə” kinoteatrında Türkiyə və xarici ölkələrinin festivallarının keçirilməsi, məşhur simaların dəvət olunması planlaşdırılır. Əsas diqqət cəlb edən məqam odur ki, kinoteatrda dünya ilə eyni gündə premyeralar göstəriləcək.






Gəncə şəhərində yeni kinoteatr açılıb
Gəncə şəhərində yeni kinoteatr açılıb
Gəncə şəhərində yeni kinoteatr açılıb
Gəncə şəhərində yeni kinoteatr açılıb
Gəncə şəhərində yeni kinoteatr açılıb
Gəncə şəhərində yeni kinoteatr açılıb
Gəncə şəhərində yeni kinoteatr açılıb
Gəncə şəhərində yeni kinoteatr açılıb
Gəncə şəhərində yeni kinoteatr açılıb
Gəncə şəhərində yeni kinoteatr açılıb
Gəncə şəhərində yeni kinoteatr açılıb
Gəncə şəhərində yeni kinoteatr açılıb
Gəncə şəhərində yeni kinoteatr açılıb
Gəncə şəhərində yeni kinoteatr açılıb
Gəncə şəhərində yeni kinoteatr açılıb
Gəncə şəhərində yeni kinoteatr açılıb
Gəncə şəhərində yeni kinoteatr açılıb
Gəncə şəhərində yeni kinoteatr açılıb
Gəncə şəhərində yeni kinoteatr açılıb
Gəncə şəhərində yeni kinoteatr açılıb
Gəncə şəhərində yeni kinoteatr açılıb
Gəncə şəhərində yeni kinoteatr açılıb
Gəncə şəhərində yeni kinoteatr açılıb
Gəncə şəhərində yeni kinoteatr açılıb
Gəncə şəhərində yeni kinoteatr açılıb
Gəncə şəhərində yeni kinoteatr açılıb
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri