Tarkanın toy edəcəyi məkan və tarix məlum oldu

Tarkanın toy edəcəyi məkan və tarix məlum oldu Keçən cümə günü Tarabyadakı villasında Pınar Dilek ilə nikah masasına əyləşən müğənni Tarkanın toy edəcəyi məkan və tarix məlum olub.

Live.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, nikah mərasimi ilə bağlı ilk dəfə açıqlama verən Tarkan “ölkəmiz kədərli günlərini yaşayır. Belə gündə səs-küysüz nikaha girməyə qərar verdik. Toy 6 mayda Kölndə olacaq, həyat yoldaşım hələ hamilə deyil” deyib.

Cütlük bal ayına iyunda Uzaq Şərqə yollanacaq. Tarkan bal ayından sonra Avropada konsert turuna çıxacaq.

Qeyd edək ki, meqastar konsertlərinin birində tanış olduğu Pınarla 5 ildir ki, sevgilidir.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri